23 Dekabr 2014 16:29
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyanın Bauchi əyalətinin mərkəzində yerləşən polis bölməsinin qarşısındakı mağazada partlayış törədilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə əyalətin polis rəisi Məhəmməd Haruna məlumat verib. Onun sözlərinə görə, hücumda çoxu qadın olmaqla ən azı 15 nəfər ölüb.

Daha bir hücum isə Gombe əyalətində baş verib ki, burada da sərnişin avtobusun partladılması nəticəsində 17 sakinin həyatını itirdiyi bildirilib.

Hücumların hansı terror təşkilatı tərəfindən törədildiyi məlum olmasa da, rəsmilər bölgədə “Boko Haram” terror təşkilatının hücumlarının artdığını qeyd ediblər.

Samir


Müəllif:

Oxşar xəbərlər