24 Dekabr 2014 13:43
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın “Naftoqaz” şirkəti Rusiyanın “Qazprom” şirkətinə olan borcunu ödədiyini açıqlayıb.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat verib. Yayılan xəbərlərə görə, noyabrın 4-də "Naftoqaz" "Qazprom”un hesabına 1,45 mlrd. dollar köçürüb. Dekabr ayında isə qalan 1,65 mlrd. dollar ödənilib.

Bildirilir ki, Brüsseldə əldə olunmuş razılaşmalara əsasən, Ukrayna 2013-cu ilin noyabr-dekabr, 2014-ci ilin aprel-iyun aylarında əldə etdiyi 11,5 milyard kub qaz üçün Rusiyaya yaranmış 3,1 milyard dollar borcunu iki dəfəyə ödəməyi nəzərdə tutub.

Borc tam ödəniləcəyi halda, müqaviləyə əsasən, 2015-ci ilin aprel ayına qədər rus qazı Ukraynaya idxal ediləcək.

Samir


Müəllif:

Oxşar xəbərlər