Fevralın 1-də Ukrayna limanları qarğıdalı, buğda və soya ilə beş quru yük gəmisini tərk edib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Birgə Koordinasiya Mərkəzindən bildirilib.
"Fevralın 1-də Qara Dəniz Taxıl Təşəbbüsü çərçivəsində ümumilikdə 216 719 ton taxıl və digər ərzaq daşıyan beş gəmi Ukrayna limanlarını tərk edib", - deyə qeyd olunub.
"Manna" gəmisi (51 min 405 ton qarğıdalı) Portuqaliyaya, "Donna Judi" gəmisi (33 min ton buğda) İspaniyaya gedir. “Barra” qur yükdaşıyıcısı 41 min ton buğda ilə Türkiyəyə yola düşüb.
Bundan əlavə, “The Ruler” gəmisi Çinə 65 min 114 ton qarğıdalı tədarük edəcək. "Lolo Gate" gəmisi Misirə 16,5 min ton buğda və 9,7 min ton soya daşıyacaq.
Çərşənbə günü dəniz humanitar dəhlizindən keçən dörd quru yük gəmisi də Ukrayna limanlarına gedir