Müharibənin 11 ayı ərzində Rusiya Ukraynada 200 minə yaxın hərbçisini itirib.
Teleqraf.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti Amerika və Qərb rəsmilərinə istinadən Ukraynada öldürülən və yaralanan rus əsgərlərinin sayının 200 minə yaxınlaşdığını açıqlayıb.
Məqalədə deyilir ki, cəmi 11 ayda bu itkilər Amerikanın Əfqanıstandakı müharibənin iki onilliyindəki itkilərindən 8 dəfə çoxdur:
"Rus ordusu Baxmut və Soledar uğrunda gedən döyüşlərdə xüsusilə ağır itki verir. Rusiyalı analitiklər insan itkisinin Putinin hərbi məqsədlərinə mane olacağına inanmırlar.
“Müharibə ölkənin İkinci Dünya müharibəsi zamanı 8 milyondan çox sovet əsgərinin öldüyü mübarizəyə bənzər şəkildə aparılır. Putin Ukraynada yüz minlərlə itkiyə hazırdır, baxmayaraq ki, daha çox itki onun siyasi dəstəyini sarsıda bilər".
Ukrayna Baş Qərargahının məlumatına görə isə tammiqyaslı işğalın başlanğıcından bəri rus ordusunun 129 030 əsgəri həlak olub.