İsveçdə terror təşkilatı PKK/YPG-yə pul toplayan şəxs həbs edilib.
Teleqraf.com xəbər verir ki, terrorizmi maliyyələşdirmək, hədə-qorxu ilə tələb etməyə cəhd və silahlı hücum cinayətləri törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığını açıqlanıb.
Stokholm Rayon Məhkəməsi şübhəlini terror təşkilatı PKK/YPG üçün pul toplamaq və silahla hədələmək ittihamı ilə həbs edib.
Prokuror Hans İhrman şübhəlinin pul toplamaq üçün insanları PKK/YPG- adından şantaj etmək, həmçinin terroru maliyyələşdirməklə məşğul olduğunu bildirib.