4 Fevral 2023 20:29
1 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son sutka ərzində Ukrayna aviasiyası və artilleriyası rus ordusuna qarşı güclü işləyib. Bir neçə PUA məhv edilib, qoşunların cəmləşdiyi ərazilər vurulub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı bildirib.

“Müdafiə Qüvvələrinin aviasiyası ötən sutka ərzində işğalçıların cəmləşdiyi ərazilərə 8 zərbə endirib. Düşmənin “Orlan-10” tipli 4 PUA-sı məhv edilib”, - məlumatda deyilir.

Əlavə olunub ki, Ukrayna raketçiləri və artilleriyaçıları işğalçıların xüsusilə fəxr etdikləri komanda məntəqəsinə, 2 canlı qüvvəsinin cəmləşdiyi əraziyə və 1 ədəd “Solntsepek” ağır alov qurğusunu məhv edib.


Müəllif: Nemət