Ukrayna Prezidenti Vladimir Zelenski və Böyük Britaniya Baş naziri Rişi Sunak arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Prezident Zelenski "Twitter" hesabında məlumat verib.
"Rishi Sunak ilə danışarkən, mən ukraynalı hərbçilərin "Challengers" tanklarında təlimlərə başlaması ilə əlaqədar ona təşəkkür etdim. Biz Ukrayna ordusunun imkanlarının daha da genişləndirilməsi, qısa və uzunmüddətli perspektivdə Ukraynaya hərtərəfli dəstək haqqında danışdıq", - Zelenski deyib.
O, 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında rusiyalı idmançıların iştirak etməməli olduğunu vurğulayıb.