6 Fevral 2023 23:37
3 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan məhkəməsi keçmiş Prezident Mixail Saakaşvilinin səhhəti ilə bağlı möhlət və azadlığa buraxılmasını rədd edib.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, Tbilisi Şəhər Məhkəməsinin hakimi Giorgi Arevadze onun həbsdə saxlanılmasına qərar verib.

Qeyd edək ki, fevralın 6-da Ukrayna Ali Radası Gürcüstan hökumətinə, Avropa Parlamentinə, Avropa İttifaqı Şurasına, Avropa Komissiyasına, AŞPA-ya və Aİ ölkələrinin parlamentlərinə Mixail Saakaşvilini dərhal xaricdə müalicə üçün göndərilməsi çağırışı ilə müraciət qəbul edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər