8 Fevral 2023 13:17
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədəki güclü zəlzələlərdən bir neçə gün öncəki paylaşımları ilə “zəlzələni əvvəlcədən bilən adam” kimi təqdim edilən Frank Hugerbitsdən yeni paylaşımlar gəlib.

Teleqraf.com xəbər verir ki, Hugerbits Kahramanmaraşda baş verən zəlzələnin bütün bölgəyə təsir etdiyini dilə gətirib.

“Türkiyənin mərkəzində baş verən böyük zəlzələlər bütün bölgədə gərginliyin paylanmasında əhəmiyyətli dəyişikliyə səbəb olub və Fələstinə qədər seysmik aktivlik var. Aydındır ki, bölgə yenidən formalaşır”,- o deyib.

Qeyd edək ki, kahin zəlzələdən üç gün əvvəl sosial media hesabında paylaşım edərək “Gec-tez bu bölgədə (Cənub, Mərkəzi Türkiyə, İordaniya, Suriya və Livan) 7,5 zəlzələ meydana gələcək” deyə qeyd etmişdi.

Bu paylaşımdan sonra zəlzələ baş verib və bundan sonra Hugerbitsin izləyicilərinin sayı sürətlə artıb. Ona “zəlzələ peyğəmbəri” adı verilib.


Müəllif: Nemət