8 Fevral 2023 15:37
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniyanın Stansted hava limanına enib.

Teleqraf.com xəbər verir ki, o, Britaniyanın paytaxtı Londona Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə gəlib.

Zelenskini hava limanında Britaniya Baş naziri Rişi Sunak qarşılayıb.

Zelenski Londonda Sunakla danışıqlar aparacaq və bundan sonra parlamentdə çıxış edəcək.

Bundan əlavə, Kral III Çarlz Bukingem Sarayında Ukrayna prezidenti ilə görüşəcək.

Qeyd edək ki, Zelenskinin Britaniya səfəri ilə bağlı əvvəlcədən mediaya məlumat verilməyib.


Müəllif: Mənsur Rəğbətoğlu