9 Fevral 2023 00:38
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın baş naziri Rişi Sunak Britaniyada ukraynalı əsgərlərin hərbi təlim keçdiyi düşərgəni ziyarət ediblər.

Teleqraf.com xəbər verir ki, Zelenski və Sunak helikopterlə Dorsetdəki Lulvort düşərgəsinə eniş ediblər.

Liderlər Britaniya ordusu tərəfindən təlim keçən Ukrayna əsgərləri ilə görüşüb.

Daha sonra onlar əsgərlərin "Challenger 2" tanklarından istifadə üzrə təlimini izləyəcək və birgə "London Bəyannaməsi"ni imzalayacaqlar.


Müəllif: Teleqraf.com