9 Fevral 2023 17:15
2 512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün təşkili üzərində iş gedir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Mövcud stabilləşdirmə tədbirləri çərçivəsində gələcək addımlar üçün platformalar və format təmin etmək baxımından əlimizdə olan resurslardan maksimum istifadə etmək istəyirik”, - Rusiya rəsmisi bildirib.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ötən gün rəsmi İrəvanın üçtərəfli görüşə hazır olduğunu açıqlayıb.

Ermənistan ötən ilin dekabrında Moskvada keçirilməsi planlaşdırılan üçtərəfli görüşdən imtina etmişdi.

Erməni tərəfinin qərarı Rusiya xarici işlər naziri Sergey Lavrov tərəfindən sərt tənqid olunmuşdu.


Müəllif: Mənsur Rəğbətoğlu