Ukrayna Silahlı Qüvvələrin əks-hücum əməliyyatları üçün Qərb ölkələri tərəfindən uzaqmənzilli silahların və döyüş təyyarələrinin verilməsi məsələsi həll olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak məlumat verib.
Ukrayna rəsmisi təfərrüatları sonra açıqlayacağını deyib.
Qərb dövlətləri indiyədək rəsmi Kiyevin təkidlərinə baxmayaraq, Ukraynaya hücum silahları verməkdən çəkinirdi.