Türkiyədə dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 18 991 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Təbii fəlakət nəticəsində 75 523 nəfər yaralanıb.
***
10:30
Türkiyədə zəlzələdə ölənlərin sayı 18 342 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
***
01:10
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 17 674-ə yüksəlib.
Teleqraf.com xəbər verir ki , bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.
F.Oktay bildirib ki, yaralıların sayı isə 72 879 nəfərə çatıb.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.