Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Dəniz Baykal vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə CHP-nin indiki sədri Kamal Kılıçdaroğlu məlumat verib.
“Türkiyə və Cümhuriyyət Xalq Partiyasının sevimlisi, Antalya millət vəkilimiz, dəyərli ağsaqqalımız Dəniz Baykalın vəfatını böyük kədər hissi ilə öyrəndim. O, bizə mübarizələrlə dolu bir həyat hekayəsi qoyub getdi”, - Kılıçdaroğlu deyib.