11 Fevral 2023 17:42
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ədliyyə Nazirliyi məşhur başqırd müğənni Zemfira və Dövlət Dumasının keçmiş deputatı Dmitri Qudkovu xarici agentlər siyahısına əlavə edib.

Teleqraf.com xəbər verir ki, siyahıya həmçinin politoloq Abbas Qalyamov, erməni əsilli jurnalist Sergey Aslanyan, jurnalist Sergey Şpilkin, “Zorakılığa Yox” təşkilatının rəhbəri Anna Rivina, siyasi fəal Tatyana Namazbayeva və LGBT fəalı Aleksandra Kazantseva də daxil edilib.

Ədliyyə Nazirliyi Zemfiranın siyahıya salınmasını müğənninin “Ukraynanın müdafiəsi üçün açıq danışması”, dost olmayan ölkələrdə “xüsusi hərbi əməliyyata qarşı çağırış” konsertləri verməsi və sairlə əlaqələndirib.

Müxalifətçi Qudkov Ukraynanı silahla təmin etməyə və Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Nazirlikdən verilən məlumata görə, sabiq deputat xaricdə yaşayır və xarici qurumların təqdim etdiyi platformalarda ekspert kimi iştirak edir.

Hazırda xarici agentlər siyahısında 549 şəxs və təşkilatın adı var. Onların arasındakı ən məşhur şəxslərdən biri Rusiya və SSRİ-nin xalq artisti, müğənni Alla Puqaçovadır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər