12 Fevral 2023 08:00
2 343
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada vəba xəstəliyinin yayılma riskinin olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, təşkilatın məlumatına görə, qarşıdakı aylarda bu xəstəliyin yayıla biləcəyi ölkələrin sayı arta bilər.

“Dünyada vəba ilə bağlı ilk icmalın dərc edildiyi 2022-ci il dekabrın 16-dan bəri qlobal vəziyyət olduqca pisləşib. Mövcud vəziyyəti, o cümlədən epidemiyaların artması, onların coğrafi arealının genişlənməsi, həmçinin vaksinlərin və digər resursların çatışmazlığını nəzərə alaraq, ÜST qlobal səviyyədə riski çox yüksək qiymətləndirir", - deyə məlumatda bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər