Rusiya Silahlı Qüvvələrinin elit 155-ci Dəniz Briqadası Uqledar istiqamətində məğlub olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Politico” nəşri bildirib.
Məlumatda qeyd olunub ki, düşmənin çox sayda canlı qüvvəsi, o cümlədən komandanlıq heyəti Donetsk vilayətinin Uqledar və Maryinka şəhərləri yaxınlığında məhv edilib:
"Bundan əlavə, son bir həftə ərzində düşmən 130-a yaxın texnika, 36 tankını itirib".
Ukrayna rəsmisi Aleksey Dmitraşkovski deyib ki, rus qoşunları Uqledar yaxınlığında gündə 150-300 dəniz piyadasını itirir:
"155-ci briqadada onsuz da 3 dəfə kadr çatışmazlığı yaranmışdı. İrpen və Buçadan sonra belə problemləri ortaya çıxmışdı. İkinci dəfə Donetsk yaxınlığında məğlub oldular. Sonra özlərini bərpa edə bildilər. İndi demək olar ki, bütün briqada artıq Uqledar yaxınlığında məhv edilib. Rus qoşunları Ukraynanın Avdiivka və Baxmut yaxınlığındakı mövqelərinə hücumu davam etdirir. Mən istərdim ki, tərəfdaşlarımız daha tez silah versinlər, çünki bu, bizə nəinki özümüzü müdafiə etmək və hücumların qarşısını almaq, həm də nəhayət onları ərazimizdən sıxışdırıb çıxarmaq imkanı verəcək”.