13 Fevral 2023 17:48
1 881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiyanın Moldovada sabitliyi pozmaq planları ilə bağlı bəyanatları strukturlarımız tərəfindən təsdiqlənib.

Teleqraf.com xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu deyib.

Onun sözlərinə görə, hakimiyyət Rusiyanın yaxın gələcəkdə Moldovada sabitliyi pozmaq planlarından xəbərdardır. Sandu dövlət binalarına hücum edəcək və insanları girov götürəcək hərbi təlim keçmiş diversantların iştirakı ilə əməliyyatların planlaşdırıldığını iddia edib.

“Ukraynalı tərəfdaşlarımızdan alınan sübutlar bu bombardman əməliyyatlarının yerlərini və maddi-texniki aspektlərini göstərir. Plan həmçinin zorakılıq aksiyalarına kənardan insanların cəlb edilməsini nəzərdə tutur. Bunun məqsədi hakimiyyəti devirmək və ya Kişinyovda Avropa Birliyinə inteqrasiya prosesini dayandırmaq üçün ölkəni Rusiyanın təsir dairəsinə keçirəcək legitim hakimiyyəti qeyri-legitim hökumətlə əvəz etməkdir”, - Moldova lideri bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər