Rusiya dövlət başçısı Vladimir Putin ölkə iqtisadiyyatında yaşanan böhrana görə öz günahlarının da olduğunu deyib.
Teleqraf.com-un xarici KİV-ə istinadən xəbərinə görə, hökumətin 2014-ci ilin yekunlarına həsr olunan iclasında çıxış edən Putin Rusiyanın qarşı-qarşıya qaldığı iqtisadi böhranın səbəblərindən danışıb və bəzi səhvlərə yol verdiklərini etiraf edib.
Putin "Qarşı-qarşıya qaldığımız çətinliklər yalnız xaricdən qaynaqlanmır. Bu çətinliklər sadəcə, beynəlxalq konyukturaya bağlı sanksiyalar və məhdudiyyətlərlə əlaqəli deyil, həm də öz xətalarımızla əlaqəlidir" deyib. Rus səlahiyyətlilərini daha innovativ bir hala gətirmək üçün iqtisadiyyatın özülünü dəyişdirməyə çalışdıqlarını vurğulayan Putin " Bu istiqamətdə çox iş görüldü. Ancaq son yaşananlar bunların kafi olmadığını göstərir" deyib.
Rus rublu 2014-cü ildə 50 faiz dəyər itkisinə uğrayıb. Rus iqtisadiyyatı isə Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar, düşən neft qiymətləri və böyük nisbətdə sərmayə itkisi səbəbiylə çətin günlər keçirir.
Nihad