14 Fevral 2023 23:11
3 167
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Plana görə, Moldovada dövlət çevrilişinə cəhddə iştirak edən diversantlar serb futbol azarkeşləri adı altında ölkəyə daxil olmalı idilər”.

Teleqraf.com xəbər verir ki, bunu Moldovanın hakim partiyasından olan deputat Andrian Keptonar deyib.

Onun sözlərinə görə, bu həftə Kişinyovda Serbiya və Moldova futbol klubları arasında görüş nəzərdə tutulub.

“Əvvəlcə Serbiya komandasının azarkeşlərinin ölkəmizə gələcəyi nəzərdə tutulurdu. İnformasiya və Təhlükəsizlik Xidmətinin səyləri sayəsində, Serbiya komandası boş tribunalar önündə oynayacaq, çünki onlar diversantları məhz belə gətirməyi planlaşdırırdılar”, - Keptonar bildirib.

Serbiyanın “Partizan” futbol klubunun mətbuat xidməti azarkeşlərin Moldovaya girişinə qadağa qoyulduğunu təsdiqləyib. Məlumatda qeyd edilib ki, artıq ölkəyə gələn azarkeşlər geri qaytarılıb.

Fevralın 9-da Ukrayna prezidenti Vladimir Zelenski kəşfiyyat tərəfindən ələ keçirilən Rusiyanın bu ölkədə dövlət çevrilişi təşkil etmək planlarını Moldova hakimiyyətinə təhvil verdiyini bildirib. Bu sözlər Kişinyovda təsdiqlənib.

Ertəsi gün Moldova hökuməti istefa verib. Bundan sonra Moldova Prezidenti Maya Sandu Rusiyanın ölkədə dövlət çevrilişi etmək planları haqda açıqlama verib. Onun sözlərinə görə, Rusiya bu məqsədlə Belarus və Balkan ölkələrinin vətəndaşlarından ibarət diversiya qrupu yaradıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər