Ukrayna kəşfiyyatı Kremldə yüksək vəzifə tutanlardan məlumat alır.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) nümayəndəsi Andrey Çernyak deyib.
Onun sözlərinə görə, GUR minlərlə mənbədən, o cümlədən Rusiya Federasiyasındakı mövcud agentlərdən gələn məlumatları analiz edir:
"Müharibədə qanunun bizə icazə verdiyi bütün vasitələrdən istifadə edirik. Biz hətta Putinə çox yaxın olan insanlarla əməkdaşlıq mexanizmlərini tapmışıq. Bunlar heç bir şübhə doğurmayan insanlardır və "böyük Rusiya" tərəfdarları kimi tanınır".
O qeyd edib ki, Rusiya prezidentinin ətrafında onun Ukrayna ilə bağlı siyasətini dəstəkləməyənlər çoxdur.