16 Fevral 2023 12:56
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya fevralın 24-ü Ukraynaya hücumun ildönümündə yeni həmlə planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib.

Danilov Ukraynanın zərbələrə hazır olduğunu və bu günün öhdəsindən gələcəkləri ilə bağlı xalqı əmin edib:

"Biz buna hazırıq. Düşünürəm ki, bir gündə 115-120 raket "qəbul etdikdən" sonra hücumların nə olduğunu artıq anladıq. Bu günün də öhdəsindən gələcəyik. Bəli, çətin olacaq, hazırlaşmaq lazımdır. Amma biz mümkün qədər sakit olmalıyıq. Anlamalıyıq ki, hamımız bunun öhdəsindən gələcəyik”.

Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi qeyd edib ki, yayda bütövlükdə cəbhədə və ayrı-ayrı bölmələrdə tamamilə fərqli vəziyyətin şahidi olacağıq.


Müəllif: Nemət

Oxşar xəbərlər