On minlərlə insanın həyatına son qoyan Ukrayna müharibəsi tam sürətlə davam edərkən bütün gözlər Moskvaya yönəlib. Putinin açıqlamaları üçün az vaxt qalıb. Bu ərəfədə isə Moskvadan gələn görüntü qısa zamanda dünya gündəminə düşüb.
Teleqraf.com xəbər verir ki, Moskvada parlament üzvləri və əsgərlər qarşısında çıxış edəcək Putinin bəyanatı üçün geri sayım başlayıb.
İngiltərənin “The Sun” qəzetində yer alan xəbərə görə, Putinin zirehli karvanı səhər saatlarında Kremlə gedərkən görünüb. Karvan gecə saat 1-də yola çıxıb və Kremlə daxil olub.
Eyni xəbərdə Putinin çıxışında Ukrayna müharibəsi ilə bağlı aktual məlumatlar paylaşacağı bildirilib.
Kremlin sözçüsü Dmitri Peskov dövlət televiziyasına verdiyi açıqlamada deyib ki, belə kritik və çox mürəkkəb bir məqamda hər kəs baş verənlərin qiymətləndirilməsini, xüsusi hərbi əməliyyatların qiymətləndirilməsini eşitmək ümidi ilə mesaj gözləyir.
Britaniya qəzeti Putinin on minlərlə insanın iştirakı ilə mitinq keçirməyə hazırlaşdığını yazıb.
Rusiya parlamentindəki mənbə təsdiqləyib ki, fevralın 22-də keçiriləcək mitinqə Putin də daxil olmaqla 200 min nəfərin qatılacağı gözlənilir.