24 Fevral 2023 11:24
1 348
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistan ordusundan verilən açıqlamada silahlı şəxslərin Keç vilayətində hərbi konvoya pusqu qurmağa cəhd etdikləri bildirilib.

Teleqraf.com xəbər verir ki, qarşıdurmada 8 yaraqlının zərərsizləşdirildiyi və çoxlu sayda silah-sursatın ələ keçirildiyi deyilib.

Yaraqlıların hansı təşkilata aid olduğu barədə məlumat verilməyib.

Son 24 saat ərzində zərərsizləşdirilən yaraqlı və terrorçuların sayı 14-ə çatıb. Dünən Xeybər Paxtunxva əyalətinin Lakki Mərvat bölgəsində 6 terror təşkilatı üzvü zərərsizləşdirilib.

Son aylar Pakistanda, xüsusən də Xeybər Paxtunxva və Bəlucistan əyalətlərində terror hücumları artıb. Rəsmi İslamabad bildirir ki, bu hücumlar Əfqanıstanda yerləşən Pakistan Talibanının (TTP) liderləri tərəfindən planlaşdırılıb və idarə olunub. Əfqanıstan bu iddiaları rədd edir.

Yanvarın 30-da Peşəvər şəhərində günorta namazı zamanı məscidə hücum nəticəsində əksəriyyəti polis olmaqla 102 nəfər həlak olub.


Müəllif: Mənsur Rəğbətoğlu