Amerikalı milyarder və maliyyəçi Tomas Li ölü tapılıb.
Teleqraf.com xəbər verir ki, 78 yaşlı milyarderin intihar etdiyi iddia olunur.
ABŞ mediası qeyd edir ki, maliyyəçinin meyiti Manhettendəki ofisində tapılıb.
Ailə dostu Maykl Sitrik hadisəni belə şərh edib: “Dünya Tomas Lini özəl kapitalın qabaqcıllarından biri və uğurlu iş adamı kimi tanısa da, biz onu sadiq ər, ata, baba, qardaş, dost və xeyriyyəçi kimi tanıyırdıq. Başqalarının ehtiyaclarını öz ehtiyaclarından daha yüksək bilirdi”
“Forbes”in məlumatına görə, Linin sərvəti 2 milyard dollar qiymətləndirilir.
Qeyd edək ki, rus milyarderlərin “intihar” hadisələri son bir ildə ənənəyə çevrilib. Amerikalı milyarderlərin intiharı isə təəccüblü sayıla bilər.