“Avropa Birliyi (AB) Rusiyanın məhv olmasını istəmir”.
Teleqraf.com xəbər verir ki, bunu AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozef Borrel deyib.
“Ukraynanın Rusiyada siyasi dəyişikliklərə yaratmasını dəstəkləmirik, açığını desəm, Rusiyanın məhv olmasını istəmirik”, - diplomat bildirib.
Onun sözlərinə görə, bütün Avropa ölkələri müharibə haqda eyni düşünmür:
“Elə ölkə var ki, sanksiyaların nəticələrinə şübhə ilə yanaşır, hesab edir ki, bunlar işə yaramır və həyata keçirilməməli idi, bununla özümüzü ayağımızdan vurmuşuq. Mən bu fikri bölüşmürəm, amma bu ölkə bütün sanksiya təkliflərinə səs verdi, amma skeptikdir, onlara inanmır, birliyi də pozmur”.