“Rusiya hərbi qüvvələri Svativ və Kremin istiqamətində hücumlarını dayandırmır. Amma bu cəhdlər uğursuzdur”.
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın Luqansk vilayətinin hərbi administrasiyasının Sergey Qayday deyib.
Onun sözlərinə görə, vilayətdə durum çətin olaraq qalsa da, hər şey Ukrayna Müdafiə Qüvvələrinin nəzarəti altındadır:
“Rusiyanın hücumu heç bir istiqamətdə dayanmır - nə Svativdə, nə də Kremində. Son günlər düşmənin bütün cəhdləri nəticəsiz qalıb”.
Qayday qeyd edib ki, ruslar Svativ istiqamətində ağır texnika ilə irəliləməyə çalışsalar da, müqavimətlə üzləşirlər.
İki gün əvvəl Rusiyanın üç hərbi birliyi Kreminsk istiqamətində hücuma keçib. Nəticədə 70 hərbçi həyatını itirib, bir o qədər də yaralanıb.