25 Fevral 2023 17:13
11 583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin zəlzələ fəlakəti yaşadığı bir vaxtda müharibəyə səbəb ola biləcək mesajlar verən və Yunanıstanın ərazi sularını 12 milə qədər uzatmaq çağırışı edənlərə yunan parlamentindən reaksiya gəlib.

Teleqraf.com xəbər verir ki, Yunanıstanın keçmiş xarici işlər naziri və hakim partiyanın (“Yeni Demokratiya”) parlament üzvü Dora Bakoyannis zəlzələ fürsətçilərinə qarşı çıxıb.

Bakoyannis Şərqi Aralıq və Egey dənizlərindəki enerji qaynaqlarının birgə istifadəsi üçün Türkiyə ilə əməkdaşlıq edilə biləcəyini deyib.

“Əməkdaşlıq tabu deyil, mənim tabularım yoxdur. İsrail-Misir-Kipr-Yunanıstan müqaviləsi var. Türkiyə dəvət edildi. Hazırda böhrana səbəb olacaq problem yoxdur. Əksinə, əksər problemlər həllini, birgə həllini tapa bilər. Livanın İsraillə əməkdaşlığı nümunədir. Təsəvvür edin, müharibə şəraitində olan və digər tərəfdən əməkdaşlıq edən iki ölkə var”, - deputat vurğulayıb.

Bakoyannis bütün regionun daha geniş əməkdaşlığı üçün zamanın yetişdiyini söyləyib:

“Hər vəziyyət tamamilə fərqlidir, Yunanıstandan fərqlidir, Livandan fərqlidir, Misirdən fərqlidir. Misirin müəyyən bir nöqtəyə qədər imza atmaq istəməsi təsadüfi deyil. Realist olaq, Misir Türkiyənin mümkün reaksiyasını nəzərə alıb”.

Deputat Yunanıstanın ərazi sularının 12 milədək uzadılmasını vaxtsız hesab etdiyini bildirib.

Bundan əvvəl Yunanıstanın keçmiş baş qərargah rəisi, admiral Yevangelos Apostolakis Türkiyəyə qarşı təxribatçı açıqlaması ilə gündəmə gəlib. O, Yunanıstanın ərazi sularının 12 milədək uzadılması üçün ən yaxşı vaxtın indi olduğunu iddia edib.

Türkiyə Böyük Millət Məclisi 1995-ci ildə qəbul etdiyi qərarla Yunanıstanın ərazi sularının 12 milə qədər uzadılmasını müharibə səbəbi kimi qəbul edəcəyini bəyan edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər