İran rəhbərliyi nüvə silahı layihəsini bərpa etmək barədə qərar qəbul etməyib.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns CBS telekanalına müsahibəsində bildirib.
O xatırladıb ki, proqram təxminən 20 il əvvəl təxirə salınıb və ya dayandırılıb.
Börns hesab edir ki, İran hakimiyyətinin bu layihəni bərpa etmək qərarına gəlməsinə dair heç bir fakt yoxdur.
Qeyd edək ki, bu həftənin əvvəlində Bloomberg anonim iki yüksək səviyyəli diplomata istinadən yazıb ki, beynəlxalq nüvə müfəttişləri İranda 84% zənginləşdirilmiş uranı aşkar ediblər.