27 Fevral 2023 10:55
623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baxmut istiqamətində hücum əməliyyatları intensivləşib. İşğalçılar bütün səylərini Baxmutu ələ keçirməyə hədəfləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Baş qərargahı bildirib.

Əlavə edilir ki, Ukrayna Silahlı Qüvvələri burada mövqeyini saxlayır.

"Bildiyiniz kimi, məhz Baxmut yaxınlığında düşmən ordusu “dəli” taktikasına əl atır və hər gün yüzlərlə insanı qurban verir. Bir gün ərzində Ukrayna hərbçiləri düşmənin 81 hücumunu dəf edib. Ruslar zərbələrini artırmaq üçün daim havadan kəşfiyyat aparır.

Ruslar mühüm infrastrukturu məhv etməyə çalışır, zərbələri davam etdirir, mülki obyektləri və mülki yaşayış evlərini artilleriyadan atəşə tutur.

Bu arada, Volınski, Polesski, Severski və Slobojanski istiqamətlərində əməliyyat vəziyyəti əhəmiyyətli dərəcədə dəyişməyib. Düşmən Ukraynanın dövlət sərhədi yaxınlığında hərbi mövcudluğunu saxlamaqda davam edir, lakin hücum qruplarının formalaşması əlamətləri aşkar edilməyib. Düşmən Çerniqov vilayətində 2 yaşayış məntəqəsinin ərazilərinə minaatan və artilleriya hücumu həyata keçirib.

Popovka, Sumı vilayəti və Krasnaya Zarya yaxınlığındakı düşmən döyüş yükü olan PUA-dan istifadə edib".


Müəllif: Nemət

Oxşar xəbərlər