27 Dekabr 2014 02:01
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın Logar şəhərinin Baraki Barak mahalında NATO tərəfindən təşkil edilən hava hücumu zamanı 5 nəfər ölüb, 5 nəfər yaralanıb.

Teleraf.com-un "Sabah" istinadən xəbərinə görə, Logar valisi Neyaz Məhəmməd Amiri NATO qüvvələrinin bölgədə olan "Taliban"ı hədəfə almaq istədiyini, ancaq hücum zamanı səhvən vətəndaşların yaşadığı evlərin vurulduğunu deyib.

Baraki Barakın digər səlahiyyətlisi Rahim Amin də dünən səhər saatlarında mahalın Abicoş bölgəsində NATO tərəfindən təşkil edilən hava hücumu zamanı 5 nəfərin həyatını itirdiyini, 5 nəfərin də yaralandığını deyib: "Hava hücumunun əfqan hərbçilərinin tələbi, yoxsa NATO qüvvələrinin öz təşəbbüsü ilə planlanlaşdırıldığı ilə bağlı məlumatımız yoxdur".

Hücum zamanı iki əfqan vətəndaşın evinin məhv edildiyi bildirilsə də, NATO-da mövzu ilə əlaqədar fikir bildiriləyib.hələ şərh etmədi.

NATO-nun Əfqanıstandakı döyüş missiyası bu ayın sonunda tamamlanacaq.

Nihad


Müəllif:

Oxşar xəbərlər