28 Fevral 2023 10:26
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun Sualtı Müdafiə Əməliyyatları çərçivəsində “Dinamik Manta 2023” təlimi İtaliyanın Siciliya sahillərində başlayıb. Türkiyə təlimdə TCG Barbaros və TCG Preveze ilə iştirak edir.

Teleqraf.com xəbər verir ki, təlimdə Yunanıstan, İtaliya, Türkiyə, ABŞ, Kanada, Fransa, Almaniya, İtaliya və İngiltərə iştirak edir.

İtaliyanın ev sahibliyi ilə təlimlər 27 fevral-10 mart tarixləri arasında keçiriləcək.

NATO-nun verdiyi yazılı açıqlamada, təlimin məqsədinin bütün iştirakçılarda sualtı müdafiə və yerüstü döyüş bacarıqlarında qarşılıqlı fəaliyyət qabiliyyətini və səriştəsini artırmaq olduğunu ifadə edilib.

“Hər bir iştirakçı birlik müxtəlif sualtı qayıqlara qarşı döyüş əməliyyatları keçirmək imkanı əldə edəcək”, - qeyd edilib.

NATO Sualtı Qayıqlar Komandanı, ABŞ Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Stiven Mak bildirib ki, Dinamik Manta MARCOM-un (Müttəfiq Donanma Komandanlığı) texniki cəhətdən ən tələbkar təlimlərindən biridir.


Müəllif: Nemət