Ukraynanın Krıma hücum etmək üçün göndərdiyi 10 PUA-nın vurulub.
Teleqraf.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın dronlarla Krıma qarşı təşkil etməyə çalışdığı hücumun qarşısı alındığını açıqlayıb.
Nazirlikdən verilən açıqlamada Krım səmasında Ukraynaya məxsus 10 PUA-nın vurulduğu bildirilib. 6 dronu hava hücumundan müdafiə sistemləri ilə, 4-nün isə elektron döyüş üsulu ilə vurulduğu qeyd edilib.
Rusiya qeyd edib ki, hücum cəhdləri Krımda maddi ziyan və ya insan itkisinə səbəb olmayıb.
Ukrayna bundan əvvəl Rusiya ərazisinə PUA-larla hücumlar həyata keçirməsi ilə bağlı iddiaları təkzib etmişdi.