Əkrəm İmamoğlu ilə Mənsur Yavaş Ankarada görüş keçirib.
Teleqraf.com xəbər verir ki, İBB sədri İmamoğlu iclasdan sonra sosial media hesabından paylaşım edərək bunları yazıb:
“CHP-nin öz oğlu və Millət İttifaqının Bələdiyyə başçısı olaraq millətimizin arzu etdiyi birlik içində ittifaq masasında iradəmizi təmsil edən cənab Kamal Kılıçdaroğluna və Millət İttifaqının azalmadan böyüyəcəyinə şübhəm yoxdur”.
Ankara Böyükşəhər Bələdiyyə Başçısı Mənsur Yavaş tvitter hesabında Kılıçdaroğluna qarşı çıxmayacağını vurğulayıb:
“İndiyə qədərki açıqlamalarda sədrimiz cənab Kamal Kılıçdaroğlunun iradəsinə zidd hərəkət etməyəcəyimizi bildirmişik. Yenə də eyni sıradayıq. Ümid edirik ki, Millət İttifaqı bütün tərəfdarları ilə yoluna davam edəcək”.