Türkiyəyə turist paketlərinə tələbat tam bərpa olunub.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyadan Türkiyəyə turist axını davam edir.
Turistlər ən çox yaz tətili və may bayramları üçün turlar sifariş edirlər. Sletat.ru şirkətlər qrupunun direktor müavini Yuliya Rudenko Türkiyədəki zəlzələlərdən sonra satışların kəskin şəkildə azaldığını, lakin tez bir zamanda bərpa olunduğunu vurğulayıb.
Həmçinin bildirilir ki, Antalyada martın 8-i daxil olmaqla bir çox yerlər bron olunub.