Rusiya xarici işlər naziri Sergey Lavrov Hindistanın paytaxtı Dehlidə keçirilən G20-nin sammitində iştirak etdikdən sonra “Raisina Dialoq” adlı konfransa qatılıb.
Teleqraf.com xəbər verir ki, çıxışında Rusiya-Ukrayna müharibəsinə toxunan Lavrov Rusiyanın işğalçı addımının “ədalətli hərəkət” olduğunu iddia edib.
İştirakçılardan biri nazirə “Müharibə Rusiyanın enerji strategiyasına necə təsir etdi” sualını verib.
Lavrov verdiyi cavabdan sonra məsxərəyə qoyulub:
“Ukraynanın işğalını Qərb başladıb. Ukraynanın bizə qarşı başlatdığı müharibəni dayandırmağa çalışırıq”.
Lavrovun cavabı gülüşə səbəb olub, zaldan “get burdan” səsləri eşdilib.