9 Mart 2023 10:18
1 496
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə müxalifətinin Millət İttifaqının öz vahid namizədini (CHP lideri Kamal Kılıçdaroğlu) elan etməsindən sonra PKK terror təşkilatının siyasi qanadı kimi tanınan HDP-nin durumu ilə bağlı müzakirələr davam edir.

Teleqraf.com xəbər verir ki, İngiltərənin “Röyter” agentliyinə danışan Millət İttifaqının nümayəndəsi HDP-yə yanaşma ilə bağlı diqqətçəkən açıqlama verib.

“HDP-nin ittifaqı dəstəkləməsi millətçi İYİ Partiya və mühafizəkar Səadət Partiyasından gələcək səsləri azalda bilər”, - mənbə agentliyə deyib.

Eyni zamanda, o, Kılıçdaroğlunun HDP ilə görüşünə diqqət çəkərkən, İYİ partiyanın sədri Maral Akşənər və digər partiyaların HDP ilə görüşə etiraz etmədiyini, amma belə bir dialoqa girməyəcəklərini söylədiklərini bildirib.

“Röyter”ə danışan digər mənbələr DEVA və Gələcək partiyalarının liderləri Əli Babacan və Əhməd Davudoğlunun HDP ilə danışıqlara açıq olduqlarını vurğulayıb.

Xəbərdə o da xatırladılıb ki, HDP əvvəllər öz namizədini irəli sürməyi düşünüb, indi isə bu fikri nəzərdən keçirir. Belə bir açıqlama ilə HDP-nin həmsədri Pərvin Buldan çıxış edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər