10 Mart 2023 11:27
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusu son sutka ərzində cəbhə xətti boyu Rusiya işğalçılarının 102 hücumunu dəf edib. Düşmən Baxmutu mühasirəyə almaq səylərindən əl çəkmir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ruslar əsas səylərini Kupyan, Liman, Baxmut, Avdiv və Şaxtyor istiqamətlərində hücum əməliyyatları keçirməyə yönəldiblər.

Baş Qərargah onu da vurğulayıb ki, düşmən Baxmut istiqamətində hücumu dayandırmır.

Rusiya qoşunları Avdiv və Şaxtyor istiqamətlərində, Donetsk vilayətinin Marinka, Vuqledar və digər 8 yaşayış məntəqəsi yaxınlığında uğursuz hücum əməliyyatları keçirib. Zaporoje və Xerson istiqamətlərində isə müdafiə mövqeyindədirlər.

Eyni zamanda, gün ərzində Ukrayna aviasiyası rus işğalçılarının şəxsi heyətinin və hərbi texnikalarının cəmləşdiyi ərazilərə 13 zərbə endirib. Həmçinin Rusiyanın zenit-raket kompleksi atəş mövqeyində vurulub.

Eyni zamanda, Ukrayna raket qoşunları və artilleriya bölmələri rusların komanda məntəqəsini, şəxsi heyətinin cəmləşdiyi 6 ərazini, 2 maddi-texniki təminat mərkəzini, 3 sursat anbarını, 6 elektron döyüş məntəqəsini və atəş mövqeyində olan 2 zenit kompleksini sıradan çıxarıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər