Rusiyanın Ukraynadakı müharibəsi Çinin Tayvanı ələ keçirmək fikrinə təsir göstərə bilər.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns deyib.
Onun sözlərinə görə, Ukraynada baş verənləri Çin lideri Si Cinpindən daha yaxından izləyən olmayıb.
“Heç kimin Vladimir Putinin Ukraynadakı təcrübəsini Si Cinpindən daha yaxından izlədiyini düşünmürəm. Hesab edirəm ki, o, Qərbin həmrəyliyi nə dərəcədə qoruyub saxlaya, maraqları naminə bəzi qısamüddətli iqtisadi xərcləri öz üzərinə götürə bildiyinə və bunun Rusiyaya uzunmüddətli iqtisadi təsirlərini gördüyünə görə bir qədər ayılıb”, - Börns bildirib.
MKİ direktorunun sözlərinə görə, Çin lideri COVID-19 pandemiyasından sonra ölkəsinin iqtisadi artımını bərpa etməyə çalışarkən bunu nəzərə almalıdır.