“Qərbin hələ də Rusiyanın zərbələrinə Ukraynanın nə qədər dözə biləcəyi ilə bağlı sualları var, amma bir şey bəllidir - Putin bu yolla müharibədə qalib gəlməyəcək”.
Teleqraf.com xəbər verir ki, bunu amerikalı hərbi ekspert, professor Castin Bronk deyib.
“Qarşı tərəfin iradəsini və ya müqavimət göstərmək qabiliyyətini qırmaq üçün bombardmanlardan istifadə edərək müharibələrdə qalib gəlməyə çalışan xalqlarla bağlı uzun bir tarix var, amma bunlar inanılmaz dərəcədə uğursuz hekayələrdir”, - professor bildirib.
Onun sözlərinə görə, Rusiya aviasiyasının Ukrayna səmasında hər hansı uğura nail ola biləcəyi ehtimalı azdır.
Bronk qeyd edib ki, martın 9-da olduğu kimi, bir gecədə bu qədər müxtəlif silah sistemlərindən istifadə getdikcə Rusiyanın hava hücumlarında əsas metoda çevrilir, amma zərbələr arasında uzun fasilələr də diqqət çəkir.