11 Mart 2023 22:58
1 685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin mane olmasa, Pakistan hökuməti Ukraynaya onlarla T-80UD tipli tanklarla dəstək verə bilər. Söhbət 44 döyüş texnikasının təhvil verilməsindən gedir.

Teleqraf.com xəbər verir ki, bu barədə Hindistanın “Firstpost” qəzeti məlumat yayıb.

Hind nəşri iddia edir ki, Pakistan bundan əvvəl “gizli” şəkildə Kiyevi dəstəkləyib və Ukrayna ordusunu 122 mm-lik artilleriya mərmiləri ilə təchiz edib. Qəzet yazır ki, silah tədarükü Böyük Britaniyanın yaratdığı hava körpüsü, eləcə də dəniz yolu ilə - Polşa və Almaniya limanları vasitəsilə həyata keçirilir.

“Pakistan Rusiya işğalı ilə mübarizə aparan Ukraynaya silah-sursat vermək qərarına gəlib”, - xəbərdə deyilir.

Məlumata görə, hazırda Pakistan hökuməti Kiyevə yardımla bağlı yeni sazişi nəzərdən keçirir. Bu çərçivədə Pakistanın 1990-cı illərin sonunda Qərbdən aldığı 44 ədəd T-80UD tankının Ukraynaya verilməsi təklif olunub.

Nəşr bildirir ki, Rusiya rəhbərliyi bunun qarşısını almağa çalışır: “Kreml Çinin hakimiyyət orqanlarına müraciət edərək, bu yolla Pakistanın Ukraynaya hərbi yardımını dayandırmağa cəhd göstərir”.

Rəsmi İslamabadın mövqeyi belədir ki, Pakistan xarici münaqişələrə qarışmamaq siyasətinə görə Ukraynaya silah-sursat vermir.


Müəllif: Mənsur Rəğbətoğlu