Ukrayna ordusunun ehtiyatda olan mayoru Aleksey Hetman ABŞ kəşfiyyatının Rusiya Prezidenti Vladimir Putinin ölkəsinə qarşı fasilələrlə uzunmüddətli müharibə aparmağı planlaşdırdığı proqnozu ilə razılaşır.
Teleqraf.com xəbər verir ki, Hetman bunun mümkün olduğunu, Rusiyanın bu məqsədlə əsasən piyadalardan ibarət böyük qüvvələr topladığını bildirib.
“Putin güc toplamaq üçün ümidsiz şəkildə fasilə verməlidir. Rusiya mərmi və tanklar istehsal edir. Gündə təxminən bir tank istehsal edə bilirlər, amma bu, onların Ukrayna ordusu ilə döyüşlərdə itirdiklərindən azdır. Buna görə də çox fasilə lazımdır”, - Hetman deyib.
O əlavə edib ki, Rusiya silahlı qüvvələrini nizama salmalı, təchiz etməli və ağır texnika ilə silahlandırmalıdır. Amma indi əsas səylərini Donbasda irəliləməyə yönəlib:
“Bizə qətiyyən uzun sürən müharibə lazım deyil, bu, Putinə lazımdır. Bundan qaça bilərikmi? Hələlik müdafiə olunmalı və əks-hücuma hazırlaşmalıyıq. Hər şey qüvvələrimizi nə qədər yaxşı hazırlaya biləcəyimizdən asılı olacaq”.