Türkiyə müxalifətinin prezidentliyə namizədi, CHP sədri Kamal Kılıçdaroğlu şənbə günü PKK terror təşkilatının siyasi qanadı HDP-yə baş çəkəcək.
Teleqraf.com xəbər verir ki, Kılıçdaroğlu partiyanın həmsədrləri Mithat Sancar və Pervin Buldanla görüşəcək.
CHP lideri həftə başında mövzu ilə bağlı açıqlama vermişdi: “HDP-nin hörmətli həmsədrləri ilə görüşəcəm. Dostlarım planlaşdırma ilə məşğuldur”.
Kılıçdaroğlunun PKK-ya dəstəyi ilə tanınan HDP ilə yaxın təmasları ölkəsində müzakirə mövzusudur və etirazla qarşılanır.