16 Mart 2023 12:03
10 287
12 Punto 14 Punto 16 Punto 18 Punto

GENAR araşdırmalar mərkəzinin rəhbəri İhsan Aktaş Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələlərdən sonra apardıqları araşdırmaların nəticələrini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, araşdırmanın nəticələri Türkiyə müxalifəti üçün ürəkaçan deyil.

Sorğuda respondetlərə “Zəlzələdən sonra yenidənqurma prosesində Ərdoğan, yoxsa Kılıçdaroğlu daha uğurlu olardı” sualı verilib.

“Ərdoğan” deyənlər 65.1, “Kılıçdaroğlu”nun adını çəkənlər isə 34.9 faiz təşkil edib.

Sorğuya qatılanlara belə bir sual da ünvanlanıb: “Sizcə, müxalifət hakimiyyətdə olsaydı, təbii fəlakətin öhdəsindən gələ bilərdimi?”.

“Xeyr” deyənlərin nisbəti 67.6 faiz olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər