16 Mart 2023 12:19
1 345
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən Böyük Millət Məclisində (TBMM) partiyasının (AKP) millət vəkilləri ilə toplantısından sonra müavinləri ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, AKP-nin parlament fraksiyasının işi ilə bağlı məlumat alan Ərdoğan müavinlərinə tapşırıqlar verib.

Hakim partiya may 14-də keçiriləcək parlament və prezident seçkilərinə intensiv hazırlaşır.

Yenidən Rifah və HÜDA-PAR kimi partiyalarla danışıqlar aparılarkən, bir tərəfdən də parlamentdə çoxluğu təmin etmək üçün sürpriz isimlərin deputatlığa namizəd kimi irəli sürülüəcəyi bildirilir.

“Sabah” qəzetinin məlumatına görə, AKP ictimaiyyətə “Seçkilərə güclü isimlərlə gedəcəyik” mesajını verəcək.

Müavinləri ilə seçkilərlə bağlı dəyərləndirmələr aparan Prezident Ərdoğan 2023-cü il seçkilərinin kritik bir seçki olduğunu bildirib. Ərdoğanın onlara “Nazirləri böyük şəhərlərdən millət vəkilliyinə namizədlər olaraq irəli sürəcəm” dediyi iddia olunur.

Bu kontekstdə kabinetdəki bəzi nazirlərin deputatlığa namizədliyi irəli sürülsə, deputat olacaq nazirlər toxunulmazlıq qazanacaq.

Prezident Ərdoğanın fraksiyasının millət vəkilləri ilə görüşündə onlara namizədliklərini irəli sürmək təlimatı verdiyi də məlum olub.

Digər tərəfdən, indiki deputatların bir çoxunun siyahıdan çıxarılacağı da deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər