Böyük Britaniya dövlət işçilərinin istifadə etdiyi elektron cihazlarda "TikTok" sosial şəbəkəsindən istifadəni qadağan edib.
Teleqraf.com xəbər verir ki, İngiltərədə nazirlər və hökumət rəsmilərinin də TikTok-dan istifadəsi məhdudlaşdırılıb.
Həmçinin, parlamentdəki deputatlara TikTok platformasının İngiltərədə ictimai telefonlarda və digər elektron cihazlarda istifadəsinin təhlükəsizlik baxımından qadağan edilməsi tövsiyə olunub.
Qeyd edək ki, son aylarda bir çox ölkələr TikTok-a məhdudiyyət qoyur.