19 Mart 2023 16:42
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın paytaxtı Afinada milliyyətcə rus olan qadının saxta şəxsiyyətlə casusluq etdiyi bildirilir.

Teleqraf.com xəbər verir ki, Panqrati rayonunda toxuculuq və əl işlərinin satıldığı mağazanın sahibi olan qadın casusun “Mariya” adından istifadə etdiyi bildirilib.

Yunanıstan Kəşfiyyat Xidməti (EYP) xarici bir ölkənin kəşfiyyat qurumu adından işləyən rus əsilli qadının əsl adının İrina A.S. olduğunu açıqlayıb. Qadının 1991-ci ildə ölən bir körpənin şəxsiyyət məlumatları ilə Yunanıstanda yaşadığı deyilib.

Rusiya casusu ilə bağlı ilk şübhələr əhalinin qeydiyyatı sənədlərində uyğunsuzluq olduğu anlaşılandan, bəzi səhifələrin cırılaraq digərləri ilə əvəz edildiyi müəyyən olunduqdan sonra yaranıb.

Afinada saxta Yunanıstan kimliyi ilə yaşayan qadının “illeqal” kimi tanınan xüsusi casuslar kateqoriyasında olduğu və bu kateqoriyaya daxil olan casusların müxtəlif ölkələrdə kəşfiyyat qurumları üçün başqa şəxslərin və ya həyatlarını itirən uşaqların kimlikləri ilə işlədiyi məlumdur.

Rusiyalı qadın casusun üzvü olduğu qruplaşmanın digər üzvlərinin tutulmasından sonra Moskvanın çağırışı ilə yanvarda Yunanıstanı tərk edərək öz ölkəsinə getdiyi güman edilir.

Yunan təhlükəsizlik eksperti Aleksandros Niklan “illeqal” kateqoriyasındakı casusların 5 ildən 10 ilə qədər təlim aldıqlarını və uzunmüddətli, bəzən 25 il ərzində məqsədlərinə çatdıqlarını deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər