Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya hərbçilərinin ölkənin Xerson vilayətinin Nova Kaxovka şəhərini tərk etməsinə dair yaydığı öz məlumatını təkzib edib.
Teleqraf.com xəbər verir ki, bunu Baş Qərargah feysbukda bildirib.
"İşğalçılar hələ də müvəqqəti olaraq Nova Kaxovkadadırlar. Düşmənin guya bu yaşayış məntəqəsini tərk etməsi barədə məlumat mövcud məlumatlardan düzgün istifadə olunmaması nəticəsində dərc olunub. Lakin biz Novaya Kaxovkanı da mütləq azad edəcəyik”, - paylaşımda qeyd olunub.
***
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun Xerson vilayətinin Nova Kaxovka şəhərindən çıxdığını bildirib.
Teleqraf.com xəbər verir ki, 22 mart 2023-cü il tarixindən etibarən Rusiya ordusunun Xerson vilayətinin Nova Kaxovka yaşayış məntəqəsində yerləşən bütün bölmələri şəhəri tərk edib.
Bildirilib ki, hərbçilər geri çəkilərkən böyük sayda məişət və elektron texnika, zinət əşyaları, geyim əşyaları və mobil telefon götürüblər.
Xatırladaq ki, ötən il noyabrın 11-də Ukrayna ordusu sözügedən vilayətin mərkəzini – Xerson şəhərini işğaldan azad edib. Bu, Rusiya ordusunun hazırda gedən müharibədə ən böyük məğlubiyyətlərindən biri hesab edilir. Mərkəzi şəhərdən çəkilən rusiyalılar yaşayış məntəqəsinin infrastrukturunu, o cümlədən enerji və su təminatını dağıdıb, Xerson İES, teleqüllə və s. strateji obyektlər məhv ediblər.