Fransanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf.com xəbər verir ki, PKK/YPG terrorçularının Fransa Senatında "fəxri medal"larla təltif edilməsinə cavab olaraq səfirə rəsmi Ankaranın notası verilib.
Bundan əvvəl fransalı deputatlar PKK terror təşkilatının Suriya qanadı YPG-nin qadın təşkilatı YPJ-nin "sözçü"ləri Nuri Mahmud və Ruqsan Mihəmədini Senatda qonaq kimi qəbul ediblər. Senatda onların "şərəf"inə təşkil edilən Novruz ziyafətində terrorçulara "şərəf medalı" verilib.